Kukla Teatrı “Xəzərin sahili”nə gedəcək

19 Sentyabr 2018 14:53 (UTC+04:00)

Teatrın mətbuat xidmətindən AzNews.az –a verilən məlumata görə 22-24 sentyabr tarixlərində baş tutacaq səfər Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşacaq.

Tədbirdə ölkəmizi teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadənin rəhbərliyi ilə bədii və aktyor heyətindən ibarət qrup təmsil edəcək.

Teatr təmsilçilərimiz Xəzəryanı ölkələrin kukla teatrlarının festivalda repertuarın yeni nümunəsi olan “Üç cəsur” tamaşaçı ilə çıxış edəcəklər. Mirmehdi Seyidzadənin “Cırtdan” mənzum pyesinin motivləri əsasında Rəhman Əlizadənin səhnələşdirdiyi tamaşanın quruluşçu rejissoru və rus dilinə tərcümə edəni Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Oqtay Zülfüqarovdur.

Tamaşada rolları Rauf Babayev, Afət Ağayeva, Lina Məmmədobva, Elmira Hüseynova, Adil Dəmirov və başqaları ifa edirlər.

Xatırladaq ki, festival Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, Rusiya Teatr Xadimləri İttifaqı və Həştərxan Vilayət Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilir. Festivalda bu dəfə ölkəmizlə yanaşı Rusiyanın müxtəlif kukla teatrları, eləcə də Qazaxıstan, Dağıstan və Daneskin müvafiq kollektivləri iştirak edəcəklər.

AzNews.az