İbrahim Tatlısəslə Hülya Avşar bir arada

19 Sentyabr 2018 15:14 (UTC+04:00)

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İbrahim Tatlıses Ayvalık adlanan turizm bölgəsində Hülya Avşarı qonaq edib.

Görüşdən sonra İbrahim Tatlıses jurnalistlərə bunları deyib: “Ağır vəziyyətdə ən çox Hülya Avşar və Sibel Can mənimlə maraqlandı. Buna görə ikisinə də minnətdaram. İndi çox yaxşıyam, özümü çox enerjili hiss edirəm”.

Qeyd edək ki, bir neçə il əvvəl başından güllə yarası alan Tatlısəs uzun müddət müalicə alıb qalıb. O, səhhətindəki problemlə əlaqədar sənətdən uzaqlaşıb.

Nigar CƏFƏR
AzNews.az