Azərbaycanın milli qəhrəmanları haqqında ingilis dilində məqalələr yaradılıb - “Vikipediya”da

19 Sentyabr 2018 15:22 (UTC+04:00)

AzNews.az xəbər verir ki, MEK-dən AZƏRTAC-a bildiriblər ki, məqalələrdə Azərbaycanın milli qəhrəmanları - Koroğlu Rəhimov, Nofəl Quliyev, Valeh Müslümov, Vüqar Hüseynov, Yusif Əliyev, Cəlil Səfərov, Elgiz Kərimov, Fərhad Hümbətov, Fəxrəddin Musayev, Fikrət Hacıyevin həyatı və keçdikləri döyüş yolu barədə ətraflı məlumat verilir.

Mərkəzin könüllüləri tərəfindən xarici dillərdə olan “Vikipediya”larda digər milli qəhrəmanlarımız haqqında da məqalələrin yaradılması prosesi davam edir.

AzNews.az