“Böhran yoxdur, hamısı yalandır” - Ərdoğandan şok açıqlama

19 Sentyabr 2018 17:19 (UTC+04:00)

AzNews.az “Habertürk”ə istinadən bildirir ki, Ərdoğan Türkiyənin dövlətçilik tarixindən danışaraq, Türkiyənin güclü ölkə olduğunu xatırladıb.

O, “böhran kimi bir şey yoxdur, bunların hamısı manipulyasiyadır. Qətiyyən aldanmayın”, – deyib.

Türkiyə prezidenti İdlibdəki vəziyyətlə bağlı açıqlama da verərək, Soçidə əldə olunmuş razılığı ölkəsinin sərhədindən kənarda sülh prosesinə addım atması kimi qiymətləndirib.

O, Türkiyəyə qarşı atılan addımların, qurulan tələlərin necə öhdəsindən gəldiklərini diqqətə çatdırıb.

Nurlan AĞA
AzNews.az