Ramin Quluzadə Avstriyanın vitse-kansleri ilə görüşüb

19 Sentyabr 2018 17:27 (UTC+04:00)

AzNews.az xəbər verir ki, görüşdə nəqliyyat və telekommunikasiya sahəsində əlaqələrin genişləndirilməsi müzakirə olunub. Nazir Ramin Quluzadə qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə görülən işlər Azərbaycanın mühüm əhəmiyyətli nəqliyyat qovşağına çevrilməsinə, informasiya texnologiyalarının bütün sahələrdə tətbiqinin genişləndirilməsinə və bu istiqamətlər üzrə beynəlxalq əlaqələrin möhkəmlənməsinə səbəb olub. Azərbaycanın bir çox beynəlxalq layihələrin təşəbbüskarı və əsas iştirakçısı olduğunu vurğulayan nazir, ölkəmizdə nəqliyyat və İKT sektorunda aparılan islahatlar, həyata keçirilən regional və yerli əhəmiyyətli layihələr, planlaşdırılan işlər barədə nümayəndə heyətinə ətraflı məlumat verib.

Qeyd edək ki, görüş zamanı nəqliyyat, innovasiyalar və texnologiyalar sektorunda investisiyaların və birgə müəssisələrin təşviqi, eləcə də, innovasiya proqramlarının tətbiqi üzrə təcrübə mübadiləsinin əhəmiyyəti qeyd olunub.

Səidə Nurməmmədli,
AzNews.az