Gəncədə iki maşın toqquşdu - Sürücülər yaralandı

19 Sentyabr 2018 22:27 (UTC+04:00)

"Report"un Qərb bürosunun məlumatına görə, şəhərin Heydər Əliyev parkının yaxınlığında baş vermiş avtomobil qəzası zamanı hər iki sürücü xəsarət alıb.

Onlardan birinə ambulator yardım göstərilib. Digər sürücü, Gədəbəy rayon sakini, 68 yaşlı Səfdər Bağırov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az