Azərbaycan nefti bahalaşdı

19 Sentyabr 2018 23:09 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 18-də 79,94 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,75 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 18-də 77,57 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,55 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə sentyabrın 18-də 79,1 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,81 dollar/barel çoxdur.

AzNews.az