Velosipedlə yolu keçən uşağı maşın vurdu - Video

19 Sentyabr 2018 23:15 (UTC+04:00)

AzNews.az Modern.az-a istinadən xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, Qaraçuxur qəsəbəsində avtomobil yolu velosipedlə keçmək istəyən uşağı vurub. Hadisənin təsirindən azyaşlı qorxub, babası isə onu sakitləşdirmək üçün qucaqlayıb.

Bu zaman sürücü maşından düşüb və uşağın babası ilə mübahisə edib. Daha sonra onu yumruqlayıb.

AzNews.az