Etimad İsmayılovu öldürən iş adamı tutuldu

20 Sentyabr 2018 07:25 (UTC+04:00)

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, cinayətin detalları da məlum olub. Belə ki, keçmiş polis polkovniki və iş adamı Gözəl Dəmirov dünən axşam saatlarında Etimad İsmayılovla onun ofisində görüşüb. Aralarında maliyyə məsələlərindən qaynaqlanan problem olan Dəmirovla İsmayılovun söhbəti mübahisəyə çevrilib. Nəticədə Dəmirov İsmayılovu silahla başından və ürəyindən vurub. Başından 2, ürəyindən isə 1 güllə yarası alan E.İsmayılov xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Etimad İsmayılov Ədalət Partiyasının sədri və Azərbaycanın ilk ədliyyə naziri İlyas İsmayılovun oğludur.

AzNews.az