Maşın atı vurub aşdı - Yaralananlar var

20 Sentyabr 2018 07:41 (UTC+04:00)

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun İravanlı kəndində hərəkətdə olan "VAZ-2107" markalı avtomobil qəflətən qarşısına çıxan atı vurub və nəticədə yol kənarına aşıb.

Qəza zamanı Goranboy rayon sakinləri - 1994-cü il təvəllüdlü Tanrıverdi Orucov, 1995-ci il təvəllüdlü Elnur Zeynalov və 1993-cü il təvəllüdlü Asif Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Bunlardan T.Orucovun vəziyyəti ağır, digər iki yaralının vəziyyəti orta-ağır qiymətləndirilir. Avtomobilin vurduğu at isə ölüb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az