Qobustanda zəlzələ... Təkanın dərinliyi 7 km olub

20 Sentyabr 2018 10:01 (UTC+04:00)

Respublika Seysmoloji Xidmət Mərkəzindən AzNews.az-a verilən məlumata görə, yerli vaxtla 03:09-da Qobustan stansiyasından 17 km şimal-qərbdə Qobustan ərazisində zəlzələ qeydə alınıb.

Yeraltı təkanların maqnitudası 3,3, dərinliyi 7 km olub.

Zəlzələ hiss olunmayıb.

AzNews.az