"...Azərbaycan qazını 2020-ci ildə Avropaya nəql etməyə nail olacağıq" - Avropa Komissiyasından açıqlama

20 Sentyabr 2018 10:18 (UTC+04:00)

AzNews.az "Report"-a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən 7-ci Beynəlxalq "Caspian Energy Forum Baku-2018" tədbirindəki videomüraciətində Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç bildirib.

O qeyd edib ki, Azərbaycan və Xəzər Avropanın bu regionda əsas tərəfdaşlardan biridir: "Hazırda Azərbaycanla yeni strateji tərəfdaşlıqla bağlı danışıqlar aparırıq. Bizim müştərək səylər sayəsində Azərbaycan qazını 2020-ci ilə nəql etməyə nail olacagıq. Bununla Avropanın enerji balansı şaxələndiriləcək, geosiyasi mühit dəyişəcək. Cənub Qaz Dəhlizi vasitəsilə də qeyd etdiyimiz bu məsələlər nail olacağıq. Bu layihə Aİ-nın vacib layihələri siyahısındadır".

AzNews.az