“New Life Brass” Bakıda konsert verdi

20 Sentyabr 2018 10:42 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, dünya şöhrətli “New Life Brass” kvinteti nəfəsli alətlərdən ibarətdir.

2009-cu ildə Qnesinlər adına Rusiya Musiqi Akademiyasının tələbələri tərəfindən yaradılmış kvintet müxtəlif beynəlxalq müsabiqələr və festivallarda iştirak edir.

Musiqiçilərin repertuarında klassik və caz janrlarında əsərlər yer alır.

Bakılı tamaşaçılar kvintetin çıxışını böyük maraqla qarşılayıb.

AzNews.az