Təyyarədə qorxulu anlar – Hamının burnu qanadı

20 Sentyabr 2018 11:29 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbərə verir ki, Hindistanın Mumbay şəhərində havaya qalxan “Jet Airways”a məxsus təyyarədəki sərnişinlərin əksəriyyətinin qulaq ağrısı və burun qanaması təşvişə səbəb olub.

166 sərnişin və 5 nəfər ekipaj üzvünün olan təyyarə geri qayıdıb.

Hazırda təyyarədə olanların səhhətinin yaxşılaşdığı bildirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Nurlan AĞA

AzNews.az