Səlim Babullaoğlu “Şəhriyar” medalı alıb

20 Sentyabr 2018 13:16 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Səlim Babullaoğlu Nargin.az –a açıqlamasında deyib.

O bildirib ki, bu məlumatı Anadolu, Qafqaz və Orta Asiya Tədqiqatları institutunun direktoru Əhməd Farşbafianın imzaladığı və İran İslam Respublikasının Bakıdakı səfriliyinin Mədəniyyət Mərkəzindən göndərilən məktub vasitəsilə ilə öyrənib:

“Belə başa düşdüm ki, böyük şairimizin adını daşıyan bu mükafat mənə Azərbaycan və İran arasında ədəbi əlaqələr istiqamətindəki işlərimizə görə və mədəniyyət mərkəzinin təşəbbüsü ilə verilir. Bu, olduqca xoşdur, sevindiricidir”.

Təbriz Universitetinin dəvətilə sentyabrın 15-də İrana səfər edən Səlim Babullaoğlu, sentyabrın 16-da universitetin böyük zalında düzənlənən IV Beynəlxalq Şəhriyar Festivalında və Konqresində, medalın təqdimetmə mərasimində iştirak edib.
Medal eyni zamanda İran və Türkiyənin tanınmış ədəbiyyat və mədəniyyət nümayəndələrinə də təqdim edilib. Təqdimetmə mərasimində Azərbaycanın Təbrizdəki Baş konsulluğunun nümayəndəsi, konsul Eldar Məmmədov da iştirak edib. Daha sonra qonaqlar Təbriz Universitetinin rektoru doktor Məcidi ilə görüşüblər.

Bu mükafatı indiyə qədər Azərbaycandan akademik İsa Həbibbəyli, Əbülfəz Quliyev (2015), akademik Vasim Məmmədəliyev, professor Hamlet İsaxanlı (2016) və Mirəsgər Behbudlu (2017) alıblar.

AzNews.az