Xarici Əlaqələr Departamenti sədri və Aparat rəhbəri vəzifələrinə təyinat

20 Sentyabr 2018 13:49 (UTC+04:00)

Aznews.az xəbər verir ki, Rasim Quliyev Modern.az-a açıqlamasında faktı təsdiqləyib.

O qeyd edib ki, öz istəyilə tutduğu vəzifədən azad edilib:

"Bəli, öz xahişimlə Aparat rəhbəri vəzifəsindən azad edilmişəm və Bakı Şəhər İcra Hakimiyyətinin Xarici Əlaqələr Departamentinə sədr təyin olunmuşam".

R.Quliyev bildirib ki, artıq Aparat rəhbəri vəzifəsinə təyinat da olub:

"Yeni Aparat rəhbəri Elçin Həbibullayevdir. Gənc, perspektivli, intellektual kadrdır. Əvvəllər Bakı Şəhər İcra Hakimiyyətində çalışmayıb, yeni təyinatdır. Vəzifəsinin öhdəsindən layiqincə gələcəyinə əminəm".

AzNews.az