İnək südündən araq hazırlandı

1 Aprel 2013 07:52 (UTC+04:00)



250 inəyi olan 47 yaşlı Ceyson Barber süddən araq hazırlamaq qərarına Sibir barədə televiziya filminə baxdıqdan sonra gəlib. 3 il ərzində öz sirli resepti üzərində işləyən fermer sonunda istədiyinə nail olub. O, öz yeni məhsulunu "Qara inək" adlandırıb.

Artıq Britaniyanın məşhur restoranlarında və dünyaca məşhur aşpazların menyusuna daxil edilən yeni içki yüngül və kərə dadı ilə seçilir.

Elnarə Əlosmanqızı
AzNews.az