Merkel və Putin arasında telefon danışığı - Suriya məsələsi müzakirə edilib

20 Sentyabr 2018 14:54 (UTC+04:00)

AZƏRTAC xəbər verir ki, söhbət əsasən Rusiya Federasiyası ilə Türkiyə arasında Suriyanın İdlib əyalətində hərbisizləşdirilmiş zona yaradılması barədə razılaşmadan sonra oradakı vəziyyətdən gedib. AFR Kansleri münaqişənin genişlənməsinin qarşısını almağa və dinc əhalinin müdafiəsinə yönəlmiş səyləri alqışlayıb.

Müxalifət və Suriya hökumət qoşunlarının təmas xətti boyunca 15-20 kilometr enində bufer zonasını oktyabrın 15-dək yaratmaq planlaşdırılıb. Bu zonada türk bölmələri və Rusiya hərbi polisi keşik çəkəcəklər. Oktyabrın 10-dək bütün ağır silahlar və döyüşçülərin, o cümlədən “Cabhat an-Nusra” terrorçuları həmin zonadan çıxarılmalıdır.

AzNews.az