"NATO Azərbaycan kimi tərəfdaşı olmaqdan məmnunluq duyur" - Rouz Qottemüller

20 Sentyabr 2018 15:04 (UTC+04:00)

Bu fikirləri jurnalitlərə açıqlamasında alyansın baş katibinin müavini Rouz Qottemüller deyib:

“Biz ATƏT-in Minsk qrupunun Azərbaycan və Ermənistan prezidentlərinə münaqişənin sülh yolu ilə həllində göstərdiyi dəstəyi alqışlayırıq”.

R.Qottemüllerin sözlərinə görə, NATO Azərbaycan kimi tərəfdaşı olmaqdan məmnunluq duyur:

“Biz Azərbaycanın maraqlarına cavab verən layihələrdə birgə işləyirik. O cümlədən, müdafiə sahəsində təsisatların inkişafında birgə layihələrimiz var. Hesab edirik ki, bu layihələr Azərbaycanın dünya birliyinin aparıcı üzvü kimi inkişafında böyük rol oynayacaq”.

NATO rəsmisi ABŞ-ın Əfqanıstandakı sülhməramlı əməliyyatlarında Azərbaycanın vacib rolunu yüksək qiymətləndirib.

AzNews.az