Ermənistan vəziyyəti gərginləşdirir – Azərbaycan XİN

20 Sentyabr 2018 15:56 (UTC+04:00)

AzNews.az məlumatına görə, bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin Ermənistanın baş naziri Nikol Paşinyanın sentyabrın 18-də qondarma “respublika”yə səfəri və oradakı bəyanatlarına şərhində bildirilib.

Qeyd olunub ki, Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədrlərini işğalçı Ermənistanı danışıqlar prosesinə xələl yetirən bu kimi təxribatçı addımlardan və bəyanatlardan çəkindirmək istiqamətində addımlar atmağa çağırır.

“Ermənistan son günlər təmas xəttində, eləcə də Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşdirilməsi istiqamətində sistematik addımlar atır. Azərbaycan torpaqlarının işğalı, bu ərazilərdə törədilən çoxsaylı qanun pozuntuları və cəbhə bölgəsində yaranmış gərginliyin bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”, - deyə qeyd edilib.

Qeyd edək ki, Paşinyan “səfər” zamanı sülhə də, müharibəyə hazır olduqlarını bildirib.

AzNews.az