Baş nazirdən yeni qərar - Mobil telefonlarla bağlı

20 Sentyabr 2018 16:15 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Baş nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən, mobil cihazların ölkəyə gətirilməsi ilə bağlı yeni rüsumlar satış və digər sahibkarlıq fəaliyyəti məqsədilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunan mobil cihazlara aid edilməyəcək.

Sahibkarlıq subyekti olan fiziki və hüquqi şəxslər əvvəlki kimi mobil cihazların idxalına görə yalnız gömrük rüsumu və əlavə dəyər vergisini ödəyəcəklər.

Fiziki şəxslər şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə isə “Dövlət rüsumu haqqında” Qanununa uyğun olaraq, həmin cihazın bazar qiymətindən asılı olaraq, müvafiq rüsum ödəyəcəklər.

AzNews.az