Moldova parlamentində bomba həyəcanı

20 Sentyabr 2018 18:33 (UTC+04:00)

AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, hazırda binanın ətrafının polislər tərəfindən mühasirəyə alındığı və içəridə minaxtaranların araşdırma apardığı bildirilir.

Qeyd edilir ki, bü gün üçün plenar iclas olmadığı üçün binada yalnız parlamentin əməkdaşları olub.

Oxşar hadisənin artıq Kişinyovda bir neçə dəfə təkrar olunduğu və bütün hallarda anonim zənglərdən sonra heç bir partladıcı aşkar edilmədiyi bildirilir.

AzNews.az