Madrid Avropada uzunömürlülük üzrə birinci yerdədir

20 Sentyabr 2018 19:06 (UTC+04:00)

AzNews.az-ın AZƏRTAC-a istinadən verdiyi məlumata görə Madridlə yanaşı, İspaniyada bu yaxın vaxtlarda doğulan uşaqların uzunömürlü olması gözlənilən muxtar birliklər sırasına Basklar Ölkəsi (84,1), Kastiliya və Leon, La-Rioxa (hər iki halda 84,3) da daxildir. Əgər cinsi mənsubiyyət nəzərə alınarsa, İspaniyanın 6 muxtariyyəti - Madrid, Kastiliya və Leon, La-Rioxa, Araqon, Basklar Ölkəsi və Navarra Avropanın qadınlar üçün daha uzun ömür proqnozlaşdırılan 10 regionuna daxil edilib. Kişilər üçün daha uzun ömür proqnozlaşdırılan ilk onluğa isə yeganə olaraq Madrid aid edilib.

AzNews.az