Maşını elektrik dirəyinə çırpdı - 4 nəfər öldü

20 Sentyabr 2018 20:34 (UTC+04:00)

AzNews.az "Report"a istinadən xəbər verir ki, hadisə Xətai rayonu ərazisində Nobel prospektində qeydə alınıb.

Belə ki, "Hyundai Elantra" markalı minik avtomobili yol kənarındakı elektrik dirəyinə çırpılıb. Nəticədə 4 nəfər hadisə yerində ölüb. Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri meyitləri deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hazırda ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.

AzNews.az