Medvedev xəbərdarlıq etdi: “Növbəti altı il...”

20 Sentyabr 2018 22:38 (UTC+04:00)

Oxu.Az “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bu sözləri Rusiyanın baş naziri Dmitri Medvedev hökumətin iclasında deyib.

“Hamımız başa düşürük ki, bu altı illik dövrün başlanğıcı bizim üçün asan olmayacaq. Biz xammal və maliyyə bazarlarında vəziyyəti, ticarət müharibəsinin genişləndirilməsini və sanksiyaların artmasını nəzərə almalıyıq”, - baş nazir bildirib.

Medvedevin sözlərinə görə, Rusiya iqtisadi siyasətini elə aparacaq ki, hətta bu kimi hallarda onu uğurla inkişaf etdirə bilsin.

Bu ilin martında Medvedev bəyan edib ki, Rusiya iqtisadiyyatının “böhranın növbəti burulğanından sonra” artım potensialı tükənib.

AzNews.az