36 yaşlı kişi itkin düşdü

20 Sentyabr 2018 22:59 (UTC+04:00)

AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, hadisə sentyabrın 19-da Bakının Səbail rayonu, Bayıl qəsəbəsində baş verib.

Bayıl qəsəbəsi, F.Qurbanov küçəsi ev 61-də yaşayan 1945-ci il təvəllüdlü Əsədov Valeh Hidayət oğlu Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinə müraciət edərək bildirib ki, sentyabrın 19-da onunla yaşayan oğlu, 1982-ci il təvəllüdlü Orxan Valeh oğlu Əsədov yaşadığı ünvandan çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsi tərəfindən araşdırmalara başlanıb.

AzNews.az