Tramp ABŞ-ın yeni kibertəhlükəsizlik strategiyasını təsdiq etdi

21 Sentyabr 2018 08:00 (UTC+04:00)

AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu jurnalistlər üçün keçirilən brifinqdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton deyib.

"Prezident bu gün ölkənin son 15 ildə ilk dəfə bu sahədə ən dəqiq xülasə edilmiş yeni kibertəhlükəsizlik strategiyasına imza atıb", - deyə Bolton qeyd edib.

"Bu strategiya bu gün qüvvəyə minir", - deyə o əlavə edib və sənədin mətninin tezliklə açıqlanacağını söyləyib. Pisniyyətli dövlətlər, cinayət və terror təşkilatları kiberalətlər vasitəsilə əqli mülkiyyətimizi, şəxsi məlumatlarımızı oğurlamağa çalışır, infrastrukturumuza ziyan vurmağa cəhd edir və hətta demokratiyamıza xələl gətirmək istəyirlər", - deyə prezidentin köməkçisi bildirib.

AzNews.az