Ucarda gəncin başı bədənindən qopdu- VİDEO

1 Aprel 2013 09:11 (UTC+04:00)
Bu gecə təxminən saat 03:00 radələrində Bakı-Böyük Kəsik Dəmiryolu xəttinin Ucar rayonu ərazisindən keçən hissəsində faciəli hadisə baş verib. Yolu keçdiyi ehtimal olunan Ucar rayonun Azərbaycan küçəsi 2-də yaşayan 1995-ci il təvəllüdlü Kamran Ağaismayıl oğlu Atayev qatarın altına düşüb. Qəzada qatar onun başını bədənindən ayırıb.

Qeyd edək ki, hadisə baş verən ərazi yük və sərnişin qatarlarının intensiv hərəkət etdiyi yollardır. Qəzadan sonra hadisənin baş verdiyi 4-cü yol təqribən bir saata yaxın bağlı qalıb. Faktla bağlı Ucar rayonu Prokurorluğunda araşdırmalar aparılır. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.


AzNews.az