"Qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəyik" - Qurban Qurbanov

21 Sentyabr 2018 09:48 (UTC+04:00)

Q.Qurbanov rəqibi qələbə münasibətilə təbrik edib: "Öz oyunumuza gəlincə, narazı qaldığım məqam yoxdur. Futbolçularım pis təsir bağışlamadılar, hər şey düşündüyümüz kimi gedirdi. Sadəcə, iki kobud səhv etdik və qollar buraxdıq".

Baş məşqçi futbolçularından razı olduğunu da bildirib: "İnanıram ki, qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəyik".

AzNews.az