“Skripal qalmaqalı” BMT-də müzakirə olunacaq

21 Sentyabr 2018 10:55 (UTC+04:00)

AzNews.az “TASS” informasiya agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın BMT daimi təmsilçisi Nikki Haley bildirib.

Trampın müzakirəyə çıxaracağı mövzular arasında İranla münasibətlər, kimyəvi silahların istifadəsinin qarşısının alınması, Şimali Koreya ilə nüvə probleminin həlli də var.

Qeyd edək ki, Rusiyanın keçmiş casusu olmuş Sergey Skripal və qızı Yuliya Skripal bir müddət əvvəl İngiltərədə sinir sisteminə dağıdıcı təsir göstərən qaz vasitəsilə zəhərləniblər. Hadisə ilə bağlı şübhəli bilinnən Aleksandr Petrov və Ruslan Boşirov həbs edilməyiblər.

Nurlan AĞA
AzNews.az