Papa Baltikyanı ölkələrə səfər edəcək - Müstəqilliklərinin 100 illiyi ərəfəsində

21 Sentyabr 2018 13:52 (UTC+04:00)

Roma Papası müraciətində qeyd edib ki, onun səfəri Baltikyanı ölkələrin müstəqilliklərinin 100 illiyinin qeyd edildiyi dövrə təsadüf etdiyindən o, müstəqillik uğrunda həlak olanların xatirəsini də yad edəcək. O, həmçinin Latviya, Litva və Estoniya əhalisinin gələcəyə ümid və inamının möhkəmləndirilməsi üçün çalışacağını deyib.

Fransiskin Baltikyanı ölkələrə səfəri sentyabrın 22-də Litvadan başlayacaq. Daha sonra Latviyaya gələcək pontifik səfərinin sonunda, sentyabrın 25-də Estoniyaya gedəcək.

AzNews.az