"Paşinyan siyasi klounluqla məşğuldur" - Millət vəkili

21 Sentyabr 2018 14:32 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyasının beynəlxalq münasibətlər şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva bildirib. O qeyd edib ki, Paşinyan nəinki özündən əvvəlkilərin səhvlərini təkrarlayır, hətta daha da kobud səhvlərə yol verərək Azərbaycanın daxili işlərinə qarışır. Beynəlxalq ictimaiyyət, xüsusilə Minsk qrupu ölkələrinin rəhbərləri Paşinyanı təxribatçı əməllərdən çəkinməyə çağırmalıdır. Ermənistanın yeni rəhbərliyi qeyri-etik davranış nümayiş etdirərək həddini aşır və ölkəmizin daxili işlərinə qarışmağa cəhd edir. Bu gün Azərbaycanın beynəlxalq arenada qazandığı uğurlar, gündən-günə artan nüfuzu problemlər məngənəsində boğulan düşməni qıcıqlandırır və məntiqsiz açıqlamalar səsləndirməyə vadar edir. Prezident İlham Əliyevin onlara ünvanladığı tutarlı cavab işğalçı ölkənin rəhbərliyini ayıltmalı, nəyin nə olduğunu dərk etməlidirlər. Əks təqdirdə, vəziyyət daha da gərginləşərək ağır nəticələrə səbəb olacaq və bunun məsuliyyəti bütünlüklə Ermənistan rəhbərliyinin üzərinə düşəcək.

AzNews.az