Yıldırım konuşmadı, danışdı - Milli Məclisdə

21 Sentyabr 2018 14:51 (UTC+04:00)

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, TBMM sədri ilk çıxışını Azərbaycan türkcəsində edib: “Azadlığımız, gələcəyimiz, əmin-amanlığımız bir-birinə bağlıdır. Birlikdə ağlayar, birlikdə gülərik”.

Yıldırımın Azərbaycan türkcəsindəki danışması alqışla qarşılanıb.

B. Yıldırım belə deyib: “Azərbaycanda soyuq olsa, biz üşüyərik, Azərbaycana soyuq dəysə, biz xəstələnərik. Biz əcnəbi dövlətlərin adlarını sayanda Azərbaycanı ora daxil etmərik. Çünki Türkiyə Azərbaycandır, Azərbaycan isə Türkiyə”.

Daha sonra TBMM sədri Azərbaycan-Türkiyə münasibətlərinin tarixi, Türkiyənin Azərbaycana dəstəyi və s. haqqında danışıb.

Nurlan AĞA
AzNews.az