Türk və rus ordusu anlaşdı- TƏCİLİ

21 Sentyabr 2018 15:48 (UTC+04:00)

AzNews.az “Yeni Şafak” qəzetinə istinadən xəbər verir ki, Lavrov İdlibdə yaradılacaq təhlükəsiz zonanın sərhədlərinin müəyyənləşdiyini bildirib.

O, Soçi zirvəsinin nəticəsinin özünü göstərdiyini ifadə edib.

Qeyd edək ki, bu il sentyabrın 17-də Rusiya və Türkiyə prezidentləri arasında keçirilmiş Soçi zirvəsində Suriyanın İdlib vilayətində təhlükəsiz zonanın yaradılması, hərbi əməliyyatların qeyri-müəyyən vaxtadək dayandırılması barədə razılığa gəlinib.

Nurlan AĞA
AzNews.az