Müalicə üçün xaricə gedənlərin sayı azalıb – Nazirlik

21 Sentyabr 2018 15:49 (UTC+04:00)

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Teleqraf.com-a deyib ki, müalicə üçün xaricə gedənlərin sayı keçən illərə nisbətən faktiki olaraq bir neçə dəfə azalıb: “Bunu hər sahənin öz mütəxəssisləri, həkimləri də təsdiq edir.

Səbəblərə gəlincə, xidmət sahəsində yaradılan şərait, həkimlərin bilik-bacarığının artırılması və öz sahələri üzrə təkmilləşdirilməsdir . Görünür, əhali öz həkimlərinə daha çox etibar edir”.

AzNews.az