Kabab yerinə qadın satdı

21 Sentyabr 2018 16:59 (UTC+04:00)

AzNews.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, dəstə başçılarından olan Burhan Y. öz ifadəsində qardaşının onu kabab satmaq adı ilə aldatdığını, kabab əvəzinə qadın satdıqlarını deyib.

Mehmet Y., Burhan Y. və İbrahim E.-nin liderlik elədiyi qrupda Mehmetin “məktəb servisi” yazılan avtobusdan müştəri gözləyən qadınları idarə etdiyi bildirilib.

Onlar parolla polisləri “əmi”, müştəriləri isə “çörək” adlandırırmışlar.

Dəstənin pul verməyən müştəriləri döymək üçün də ayrıca qrup yaratdığı məlum olub.

Nurlan AĞA
AzNews.az