TSK İraqda əməliyyat keçirib – 8 nəfər öldürüldü

21 Sentyabr 2018 17:08 (UTC+04:00)

AzNews.az “Milliyet” qəzetinə istinadən xəbər verir ki, TSK-nın qırıcı təyyarələri İraqın Avaşin-Basyan, Mətinə və Zap vilayətlərində terrorçuların gizləndiyi yerlərə hücum təşkil edib.

Əməliyyat nəticəsində səkkiz nəfər terrorçu öldürülüb.

Nurlan AĞA
AzNews.az