Rihanna Barbadosun səfiri oldu

21 Sentyabr 2018 18:49 (UTC+04:00)

"Report" CNN-ə istinadən xəbər verir ki, sənətçi, əsasən, təhsil, turizm və investisiya ilə əlaqədar məsələləri həll edəcək.

Qeyd edək ki, Rihanna 2008-ci ildə Barbadosun mədəniyyət səfiri təyin olunub. O, müğənniliklə yanaşı, filmdə rol alıb və məşhur "Fenty" kosmetik firmasının sahibidir.

AzNews.az