İspan qadınların mübarizəsi

21 Sentyabr 2018 21:19 (UTC+04:00)

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, kampaniyanın təşəbbüskarı elm sahəsində işləyən üç qadın – Sanyaqo-de-Kompostela Sağlamlıq Tədqiqat İnstitutunun nanoonkologiya bölməsinin direktoru Mariya de la Fuente, mühəndis və süni intellekt üzrə elmlər doktoru Diana de la İqlesiya və bioloq, neyrologiya üzrə elmlər doktoru Karmen Aqustindir.

Kampaniyada iştirak edən fəalların hazırladığı videoçarxda analığın onların karyerasına təsirindən bəhs olunur. Bununla yanaşı, sosial şəbəkələrdə “#oCientíficaoMadre” (ya alim, ya da ana) heşteqi yerləşdirilib. Onlarca qadın videoçarxa münasibət bildirərək, ana olmağa qərar verdikdən sonra peşə və elmi fəaliyyətlərində qarşılaşdığı problemləri paylaşıb.

Mart ayında “Change.org” portalında hökumətdən bu vəziyyəti nizama salmaq üçün tədbirlər görülməsini tələb edən petisiya yerləşdirilib. Cəmi bir ay ərzində onu 300 min nəfər imzalayıb. Alimlər İspaniyanın elm məsələləri üzrə dövlət katibi Anxeles Eras ilə görüşdə problemin təhlili və mümkün həlli yollarını müzakirə etməyə hazırlaşırlar.

AzNews.az