Üç ölkənin XİN rəhbəri Suriyanı müzakirə edəcəklər

21 Sentyabr 2018 21:57 (UTC+04:00)

AzNews.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, BMT Baş Assambleyası çərçivəsində keçiriləcək üçtərəfli görüşdə Suriya məsələsi müzakirə olunacaq.

“Suriyada atəşkəsi tam şəkildə təmin etmək və diqqəti münaqişənin siyasi nizamlanmasına yönəltmək lazımdır”, - deyə o vurğulayıb.

AzNews.az