Tanzaniyada 4 günlük matəm elan olundu

21 Sentyabr 2018 22:40 (UTC+04:00)

Bu barədə "Report" "Agency France Presse"yə istinadən xəbər verir.

"Mən bu gündən başlayaraq 4 günlük matəm elan etməyə qərar verdim", - deyə prezident bildirib.

Sərnişin bərəsi cümə axşamı Yukora adasından 50 metr məsafədə aşıb. Hadisə zamanı bərədə normadan iki dəfə çox - 200 nəfər olub. Gəmi həmçinin yük – qarğıdalı, banan və sement daşıyırmış.

"Reuters"in polis nümayəndəsinə istinadən məlumatına görə, qəza nəticəsində ölənlərin sayı 136 nəfərə çatıb.

AzNews.az