Xəstəxanaya gəlmişdi, maşın vurdu - Video

21 Sentyabr 2018 23:31 (UTC+04:00)

“Qafqazinfo” “Show TV”yə istinadən xəbər verir ki, Diyarbəkir şəhərindən İstanbul Baltalimanı Sümük Xəstəlikləri Elmi-Tədqiqat Xəstəxanasına gələn bir gənc taksidən düşdükdən sonra əsasına söykənərək dayanıb.

Bu zaman onu gətirən taksi arxaya hərəkət edərək həmin gənci vurub. Müalicə üçün xəstəxanaya gələn gəncin xəsarəti daha da artıb və dərhal reanimasiyaya yerləşdirilib.

Qəza anı xəstəxananın təhlükəsizlik kamerasında lentə alıb. Həmin görüntünü təqdim edirik:

AzNews.az