Tələbələri daşıyan avtobus qəzaya düşdü - Ölənlər var

22 Sentyabr 2018 11:00 (UTC+04:00)

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dəhşətli qəzada 2 tələbə həyatını itirib, 17 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

İstanbul istiqamətində hərəkət edən avtobus Kocaelidə yerli vaxtla saat 3:30 (Bakı vaxtı ilə 4:30) radələrinə isarəetməni itirib və yan üstə aşıb.

Hazırda qəzanın təfərrüatları müəyyənləşdirilir.