Hərbiçilərinizi çıxarın! – NATO-dan Rusiyaya tələb

22 Sentyabr 2018 12:13 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Tiflisdə rəsmi səfərdə olan R.Qutemüller Gürcüstan xarici işlər naziri David Dondua ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O, NATO-nun Gürcüstanın Abxaziya və Cənubi Osetiya da daxil olmaqla müstəqilliyini, suverenliyini və beynəlxalq çərçivədə tanınan ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

Baş katibin müavini Rusiyanın Qara dənizdəki fəaliyyətindən narahatlıq keçirdiklərini ifadə edib.

R.Qutemüller Gürcüstanın NATO-ya üzv qəbul ediləcəyinə inandığını da vurğulayıb.

Nurlan AĞA
AzNews.az