Roberto Karlos “Fənərbaxça”ya gəlir?

22 Sentyabr 2018 12:56 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı informasiya yayıb. İspaniyanın “AS” qəzeti holland F. Kokunu braziliyalı keçmiş futbolçu Roberto Karlosun əvəzləyəcəyini yazıb.

Holland baş məşqçinin aqibətinin bazar ertəsi günü gerçəkləşəcək oyundan asılı olduğu bildirilib.

Qeyd edək ki, tanınmış futbolçu Roberto Karlos hazırda “Real Madrid TV”də şərhçi işləyir.

Nurlan AĞA
AzNews.az