Roza Zərgərli mədə kiçiltmə əməliyyatında - Video

22 Sentyabr 2018 13:19 (UTC+04:00)

AzNews.az xəbər verir ki, sənətçi cəsarət nümayiş etdirərək həkim Aslan Abdullanın apardığı əməliyyat zamanı xəstədən götürülən mədəni əlinə alıb.

“Əməliyyat otağındayam. Bu, insan mədəsidir. Dəhşətli bir şeydir. İnsan çöp deyil, ən sağlam qidalar yeməlidir”, - deyən müğənni pasientdən götürülən mədəni zibil qabına atıb.

Onun əməliyyat prosesində iştirakı birmənalı qarşılanmayıb. İzləyicilər onun də mədə kiçiltmə əməliyatına hazırlaşdığını qeyd edib.

Bahar RÜSTƏMLİ
AzNews.az