İranın neft tədarükü dayansa, Ər-Riyad... – Vol Strit

22 Sentyabr 2018 13:29 (UTC+04:00)

AzNews.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” yazıb.

Məlumata görə, “Saudi Aramko” şirkəti son iki ay ərzində neft hasilatını gündəlik 400 min barrel artıraraq, gündəlik hasilatı 10,4 milyon barrelə çatdırıb:

“Əgər İranın neft tədarükü dayansa, dünya bazarında gündəlik 1,9 milyon barrellik defisit yaranacaq. Səudiyyə Ərəbistanı bunun üçün gündəlik 11 milyon barrel neft hasil etməlidir. Ər-Riyad bu hasilatı cəmi bir neçə ay dəstəkləyə biləcək”.