Günay Musayeva efirə çılpaq çıxacaq?-VİDEO

1 Aprel 2013 10:38 (UTC+04:00)
Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva yeni televiziya layihəsinə qatılır.

Gün.Az xəbər verir ki, "Best Model of Azerbaijan-2013"ün prezidenti, "Med Yapımın" hazırladığı və "Show TV" kanalında yayımlanacaq "Ben Buradan Atlarım" yarışmasında iştirak edəcək.

Aprel ayından etibarən hər həftənin bazar günü yayımlanacaq veriliş "High Dive" dünya şousunun analoqudur. Yarışmaya Türkiyənin bir çox tanınmışları qatılacaq.

10 həftə yayımlanacaq yarışmada iştirakçılar onlara ayrılmış 3, 5, 7 metrlik tramplindən atlanacaq.

İştirakçıları münsiflər heyəti qiymətləndirəcək. Ankarada Olimpiya hovuzundan canlı yayımlanacaq şouya dəvət alan G.Musayevanın yüksəklik qorxusu var. Model üzməyi də bacarmır. Bu səbəbdən o, xüsusi üzgüçülük dərsləri keçir.

Yarışmanın köməkliyi ilə G.Musayeva yüksəklik fobiyasını geridə qoymağa ümidlidir.

AzNews.az