Azərbaycanda orta aylıq əməkhaqqı 3,7% artıb

22 Sentyabr 2018 14:07 (UTC+04:00)

AzNews.az-ın xəbərinə görə, Dövlət Statistika Komitəsindən bildiriblər ki, əməkhaqqı neft sektorunda 3142,7 manat, qeyri-neft sektorunda 483,0 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 428,6 manat, özəl müəssisələrdə isə 696,7 manat təşkil edib.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

AzNews.az