"Yəməndə insanlar aclıqdan yarpaq yeyir" - BMT

22 Sentyabr 2018 14:49 (UTC+04:00)

Bunu BMT Təhlükəsizlik Şurasının iclasında baş katibin humanitar məsələlər üzrə müavini Mark Loukok bildirib. Onun sözlərinə görə, Yəməndə qida məhsullarının əldə edilməsində çətinlik çəkən əhalinin sayı arta bilər:

"Hazırda 8 milyon insan aclıqdan əziyyət çəkir. Lakin tezliklə daha 3,5 milyon nəfər eyni vəziyyətlə üzləşə bilər. Ölkədə iqtisadi durum da getdikcə ağırlaşır. Valyutanın dəyəri bir ayda 30% düşüb. Çünki bütün yeməklər, istehlak Yəmənə idxal olunur. Valyutanın dəyərinin aşağı düşməsi ərzaq məhsullarının bahalaşmasına birbaşa təsir göstərir. Bu tendensiya ölkə əhalisinin təxminən 10 milyonuna toxunur".

Loukok vurğulayıb ki, Yəməndə artıq ərzaq tapa bilməyib yarpaqları yeməyə məcbur olan insanlar var. (azvision.az)

AzNews.az